Çeçenistan və İnquşetiya prezidentləri görüşüblər
18 May 2009 Bazar Ertəsi 17:55
Görüşdə terrorçuların zərərsizləşdirilməsi istiqamətində birgə işləməyə dair razılıq əldə olunub

İnquşetiya prezidenti Yunusbəy Yevkurovun, çeçenistanlı həmkarı Ramzan Kadırovla Maqasda görüşlərində terrorçuların zərərsizləşdirilməsi istiqamətində birgə işləməyə dair razılıq əldə olunub. Görüşdən sonra Çeçenistanın rəhbəri Ramzan Kadırov jurnalistlərə bildirib ki, onlar terrorçulara qarşı istiqamətləndirilmiş birgə fəaliyyət planı hazırlayıblar və bunun da artıq nəticəsi var. «Mən qardaşımın yanına gəlmişəm və biz əsasən ölkələrimizdə qayda- qanun yaratmaq barədə söhbət etmişik»,-deyə R.Kadırov qeyd edib.

Çeçenistan prezidenti qeyd edib ki, çeçenlərlə inquşlar burada qayda-qanun yaratmasalar, bunu onların əvəzinə heç kim etməyəcək: «Biz əməliyyatları indiyə kimi nə əsgər ayaqları dəyməyən ərazilərdə aparırıq. Əməliyyatlar nəticəsində artıq 3 terrorçu məhv edilib. Bizə verilən məlumata görə, bu, gürcü, azərbaycanlı və ərəb olub. Biz onları qəfildən zərərsizləşdirdik. Hesab edirəm ki, əməliyyatlar sabah və sonrakı günlərdə də nəticə verməyə davam edəcək. Biz bu əməliyyatları sona qədər davam etdirəcəyik».

Yunusbəy Yevkurov isə qeyd edib ki, indi əsas məsələ hökm sürən özbaşınalığa son qoymaqdır: «Onlar özlərini müsəlman hesab etmirlər, demək onlar şeytanlardır. Bizim də onlar məhv etmək çün həm iradə, həm də planlarımız var. Əlbəttə, bu, dərhal baş verməyəcək. Amma hamı bilməlidir ki, bu, gec-tez baş verəcək». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar