Çeçenistan prezidentinin ata yurduna hücum olub
29 Avqust 2010 Bazar 13:55
Senteroy kəndi yaxınlığında silahlı ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qanlı toqquşma baş verib.
Çeçenistan prezidenti Ramzan Kadırovun ata yurdu olan Senteroy kəndi yaxınlığında 30-a qədər silahlı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Silahlılar kəndə səhər tezdən daxil olub və bir neçə evi yandırıb. Milis və Çeçenistan prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə silahlılar arasında baş vermiş toqquşma nəticəsində 2 milis əməkdaşı, 12 silahlı və 5 mülki şəxs ölüb.
Yaralıların sayı barədə məlumat isə verilmir. Kənd hazırda mühasirədədir və onun ətrafında əməliyyat aparılır. Əməliyyata çeçenistan prezidenti Ramzan Kadırov rəhbərlik edir.
“Məlumat var ki, bir neçə adam kadrları çəkərək qaçıb. Hazırda biz onları axtarırıq. Ehtinal olunur ki, onlar kadrları internetdə, xüsusən də “Qafqaz-Sentr” saytında yerləşdirərək nəsə göstərmək istəyir. Amma biz bütün əli silahlıları zərərsizləşdirdik”, - deyə Kadırov bildirib.
Lakin Kadırovun dediklərinə rəğmən silahlılara yaxın internet sayıtları Senteroy kəndi yaxınlığında baş verənlərlə bağlı hələ heç bir məlumat yaymayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: