Çeçenistan parlamenti ərazisində atışma gedir
19 Oktyabr 2010 Çərşənbə Axşamı 11:00
Çeçenistan parlamenti ərazisində atışma gedir. Ölənlərin olduğu bildirilir.
Rusiya Federasiyası Çeçenistan Respublikası parlamentinin ərazisində səhərdən atəş səsləri eşidilməyə başlayıb. ANS PRESS-in Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, ölənlər var.
Ölənlərin olması barədə məlumat Şimali Qafqaz Federal Dairəsindəki hüquq-mühaifzə orqanlarından məlumat verilib.
İTAR-TASS-ın yaydığı xəbərə görə, isə artıq silahlılar parlament binasına daxil olublar. İlkin məlumatlara görə, ölən və yaralananlar var.
“Rossiya 24”ün məlumatına görə, hazırda Daxili İşlər Nazirliyi, Xüsusi Təyinatlı Milis Dəstələri və Çeçenistan prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: