Çeçenistan-Dağıstan sərhədində beş polis əməkdaşı öldürülüb
17 Fevral 2012 Cümə 01:37
Xüsusi əməliyyat zamanı altı asayiş keşikçisi xəsarət alıb
Çeçenistan və Dağıstan sərhədində silahlı dəstələrlə hüquq-mühafizə orqanları əməkdaşları arasında qanlı döyüşlər olub. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində beş polis əməkdaşı həlak olub, altısı yaralanıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, döyüşlər bir neçə silahlı dəstəyə qarşı aparılıb. Əməliyyat dağlıq və meşəlik ərazidə, güclü qarın müşayiəti ilə keçirilir. Həmin ərazidə gizlənən silahlılar güc strukturlarına müqavimət göstərirlər.

İlkin məlumatlara görə, əməliyyatların başladığı son üç gün ərzində həlak olan polis əməkdaşlarının sayı 11-ə çatıb, 17-yə yaxın adam isə xəsarət alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar