Cəbhədə erməni ermənini öldürdü
29 Avqust 2014 Cümə 12:20
Axşam saat 18.30 saatlarında Ermənistan ordusunun müzdlusu Vladimir Aleksanoviç Hayrapetyan həlak olub.
Axşam saat 18.30 saatlarında Ermənistan ordusunun müzdlusu Vladimir Aleksanoviç Hayrapetyan həlak olub.

ANS PRESS-in məlumatına görə, erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulduğu ehtimal edilir. Ermənistan Müdafiə Nazirliyi 1995-ci il təvəllüdlü Vladimir Hayrapetyanın başından aldığı güllədən öldüyünü bildirib.

Məlumata görə, hadisə Ermənistan ordusunun postlarından birində baş verib. Hadisə ilə bağlı döyüş xidməti qaydalarının ağır nəticələrə gətirən şəkildə pozulması ilə bağlı cinayət işi açılıb.

Böyük ehtimalla Vladimir Aleksanoviç Hayrapetyan Azərbayjanın işğal olunmuş ərazisində dünyasını dəyişib. Çünki nazirliyin əsgərin hansı bölgədə öldürüldüyünü bildirmir. Dağlıq Qarabağda yerli hərbçilərlə Ermənistandan gəlmiş əsgərlər arasında tez-tez silahlı toqquşma olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar