Çayda səyahət faciə ilə nəticələndi
31 İyul 2011 Bazar 11:53
Rusiyada turistləri gəzdirən kater qəzaya uğrayıb, ölən və yaralananlar var.
Ötən gecə Rusiya paytaxtında, Moskva çayında səyahət kateri batıb. Kater barja tipli gəmi ilə toqquşub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, katerdə 17 nəfər olub. Onlardan 7-nin öldüyü, 7-nin isə xilas edildiyi bildirilir.
Qəza nəticəsində iki Türkiyə vətəndaşı xəsarət alıb. Qalan 3 nəfərin taleyi hələlik məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl kater sağa-sola yırğalanmağa başlayıb və idarə edilməz təəssüratı yaradıb. Kater barja gəmisinin altında sıxılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: