Venesuela lideri ilə vida mərasiminin müddəti uzadılıb.
Venesuelanın bir neçə gün öncə vəfat edən prezidenti Uqo Çaves Lenin kimi mumiyalanacaq. ANS PRESS-in məlumatına görə, onun nəşi bundan sonra o Karakasdakı inqilab muzeyində yerləşdiriləcək. Bu barədə məlumatı Vednesuela vitse-prezidenti Nikolas Madura verib: "Çavesin meyidi balzamlaşdırlacaq ki, onu daima görmək olsun".
Qeyd edək ki, bu gün başa çatmalı olan Çaveslə vida mərasiminin vaxtı da uzadılıb. "Onu daha 7 gün görmək mümkün olacaq. Onunla vidalaşmağa gələnlər milyonlarladır. Biz istəyirik ki, arzulayanların hamısı onu görə bilsin".