CAR-da qarətlərə start verildi
09 İyun 2010 Çərşənbə 18:45
Dünya çempionatına gələn jurnalistlər qarət edilib.
Futbol üzrə Dünya çempionatını işıqlandırmaq üçün Cənubi Afrika Respublikasına gələn 3 jurnalist qarət olunub. Bu barədə ölkə polisi məlumat yayıb. İki nəfər naməlum silahlı şəxs jurnalistlərin qaldığı otelə gələrək onları elə öz otaqlarındaca qarət edib.

Portuqaliya və İspaniya jurnalistlərinin özləri heç bir xəsarət almasalar da, onların şəxsi geyim əşyaları, sənədləri və 35 000 dollar dəyərində avadanlıqları oğurlanıb.

Qeyd edək ki, Dünya çempionatının keçirildiyi dövrdə CAR-da təhlükəsizliyin təmin olunmasına 350 000 nəfər cəlb ediləcək. Futbol oyunları zamanı isə azarkeşlərin təhlükəsizliyinin təmin edilməsinə min nəfər xüsusi təyinatlı cavabdeh olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar