Aparıcı canlı yayım vaxtı nümayiş olunacaq verilişi anons etdiyi vaxt qəfildən onun çiyninə pişik tullanıb.
Amerikanın yerli telekanallarından birində qəribə hadisə baş verib. Hadisə aparıcı Nikol Didonatonu şoka salıb. Belə ki, Didonato canlı yayım vaxtı nümayiş olunacaq verilişi anons etdiyi vaxt qəfildən onun çiyninə pişik tullanıb. Xanım Didonato bir anda çıxılmaz vəziyyətə düşsə də çiynindəki pişiklə birlikdə fikrini tamamlamağa çalışıb. Hadisə daha sonra Nikol Didonatonun gülməsinə səbəb olsa da, xanım aparıcı canlı edirsə anonsu başa vurmağa müvəffəq olub.