Canlı efirdə qalmaqal düşdü
07 İyul 2012 Şənbə 19:43
İordaniyalı deputat verlişdə həmkarına silah tuşladı.
Suriya məsələsi İordaniyanın dövlət telekanalının canlı efirində əsl qalmaqal yaradıb. Siyasi verlişlərin birində Suriya münaqişəsindən danışan 2 deputat qızğın mübahisəyə girişərək, bir-birlərini təhqir etməyə başlayıb.
“Sən “Mossad”a işləyən casussan”, “Sən fırıldaqçısan” deyə bir-birlərinin ünvanına təhqirlər yağdıran deputatları teleaparıcı belə sakitləşdirməkdə aciz olub. İş o yerə çatıb ki, sağ tərəfdə əyləşmiş deputat əsəblərini cilovlaya bilməyib və ayyaqabısını çıxararaq həmkarının üstünə çırpıb.
Bununla sakitləşməyən deputat, ona özünüqorumaq məqsədi ilə dövlət tərəfindən verilmiş tapancanı çıxaraq, o biri deputatın üstünə hədəfləyib. Telekanal canlı yayımı yarımçıq kəsməli olub.
Məlumata görə, xoşbəxtlikdən deputat özünü ələ alaraq atəş açmaqdan daşınıb.
DOSTLARINLA PAYLAŞ: