Can üstündə olan birliyin yubiley toplantısı
03 Sentyabr 2011 Şənbə 01:20
Azərbaycan MDB-nin Düşənbə sammitində baş nazir səviyyəsində təmsil olunacaq
Bu gün Düşənbədə MDB ölkələri dövdət başçılarının sammti keçiriləcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları birliyin gələcək inkişafı və aktual beynəlxalq məsələlələr ətrafında fikir mübadiləsi aparacaqlar. Sammit Tacikistan prezidenti Emoməli Rəhmonun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, dekabrda MDB-nin yaradılmasının 20 ili tamam olacaq. Düşənbə toplantısında yubileylə əlaqədər “MDB-nin 20 illik fəaliyyətinin yekunları və perspektiv vəzifələr” analitik hesabatının layihəsini də müzakirə edəcəklər. Prezidentlərin yubileylə əlaqədar birgə bəyanatının qəbulu, eləcə də, təşkilatın inkişafına əhəmiyyətli töhfə vermiş şəxslərin fəxri fərmanla təltifi gözlənilir.
Böyük Vətən müharibəsinin başlamasının 70-i ildönümü ilə əlaqədar MDB-yə üzv ölkələrin xalqlarının mərdlik və qəhrəmanlığının əbədiləşdirilməsi ilə bağlı sazişin imzalanması da nəzərdə tutulur.
Prezidentlər həmçinin MDB çərçivəsində müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı tənzimləyən bəzi sənədləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi və miqrasiya siyasəti ilə bağlı sənədləri qəbul edəcəklər.
Həmçinin, iclasda kadrlar və təşkilat xarakterli ayrı-ayrı məsələlərin, o cümlədən 2012-ci ildə Birliyin rəhbərliyi və növbəti iclasın keçirilməsinə dair məsələlərin razılaşdırılması da gözlənilir.
Qeyd edək ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev sammitdə iştirak etməyəcək. Zirvə toplantısında ölkəmizi baş nazir Artur Rasizadə təmsil edəcək. Azərbaycanın hökumət başçısı artıq Düşənbədədir. Düşənbə hava limanında onu Tacikistanın rəsmi şəxsləri qarşılayıblar.
DOSTLARINLA PAYLAŞ: