Cahilliyin qurbanı 20 qız
09 İyun 2010 Çərşənbə 17:05
Cahilliyin qurbanı 20 qız. Əfqanıstanda məktəblilər zəhərlənib.
Əfqanıstanın şimalında yerləşən Saripul bölgəsindən 20 uşaq təcili olaraq xəstəxanaya çatdırılıb. Buna səbəb isə qız şagirdlərin dərsə gəldikdən 20 dəqiqə sonra qusma və baş gicəllənməsindən şikayət etməsi olub. Hazırda qızların hansı səbəbdən özlərini pis hiss etməsini araşdıran hökumət rəsmiləri isə ilkin olaraq onların Taliban yaraqlıları tərəfindən zəhərləndiyini güman edirlər.
Əfqanıstanda məktəbə gedən bir çox qız şagirdlər bu cür zəhərlənmələrin qurbanı olub ki, bu hücumların da qızların məktəbə getməsinə qarşı olan Taliban yaraqlıları tərəfindən həyata keçirildiyi bildirilir.
Taliban hərəkatının sözçüsü isə onlar tərəfindən bu cür hucumların həyata keçirilməsini təkzib edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: