Keyt Kallen sosial şəbəkələrdə Taksimdə vəziyyətin ağır olduğunu yazıb.
Taksim “Gəzi parkı”nda keçirilən aksiyada təzyiqli su maşınlarının qarşısında dayanan və bu vəziyyətdə çəkilmiş foto-şəkilləri sosial şəbəkələrdə “Müasir Türk qadını” (Çağdaş Türk kadını) adıyla paylaşılan qadının əslində türk və türkiyəli olmadığı aşkarlanıb. Qeyd edək ki, “Gəzi parkı” aksiyasının rəmzinə çevrilmiş bu qadının amerikalı Keyt Kallen olduğu iddia edilir. Kallen sosial şəbəkədə paylaşdığı şəklin yanında Taksimdə vəziyyətin ağır olduğunu, 4 ölü və minlərlə yaralı olduğunu, polisin dinc aksiyaçılara qarşı vəhşiliklər törətdiyini yazır və bu mesajın bütün dünyaya yayılmasını xahiş edir.
Keyt Kallenin “Facebook”da paylaşdığı mesajı və fotoşəkillər: “OCUPPY GEZI!! at least four dead, thousands injured, people permanently blinded. Police brutality on completely peaceful protesters. PLEASE LET THE WORLD KNOW”.