Cadügər aldatdığı 100 qadını zorlayıb
22 Yanvar 2010 Cümə 04:45
Hadisə dünyanın ən qapalı ölkəsi hesab olunan Səudiyyə Ərəbistanında baş verib
Səudiyyə Ərəbistanında sevgi cadusu etdiyini iddia edərək aldatdığı 100-dən çox qadını zorlayan cadügər barəsində ölüm hökmü verilib. ANS PRESS “Gazeteport”saytına istinadən xəbər verir ki, Katif şəhərindən olan cadügər illərdir aldatdığı qadınlarla olan görüşlərini gizli kamera ilə çəkir, daha sonra şantaj edərək onları zorlayırmış. Polis keçirdiyi araşdırmada cadügərin evindən gizli kameralar, qurbanlarının görüntüləri olan 200 videokasset və 180 kompüter diski ələ keçirib. Məlumata görə, 350-dən çox qadını aldadan cadügər onlardan 100-nü zorlayıb.

Daha əvvəl barəsində 10 il həbs və 1000 qamçı cəzası verilən cadügər daha sonra qurban sayının daha çox olmasının aşkarlanmasından sonra edama məhkum olunub.

Qeyd edək ki, qadınlar daha çox ərlərini evə bağlamaq və özlərinə aşiq etmək üçün cadügərə müraciət edirmiş.

Video görüntülərdən birində ərini özünə aşiq etmək istəyən bir qadının özünə aid çılpaq fotoşəkil və 5 min riyal (təxminən 1000 manat) pulu cadügərə verdiyi müəyyənləşib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar