Çadda dövlət çevrilişinin qarşısını alındı
02 May 2013 Cümə Axşamı 07:15
Həbs edilənlər arasında bir neçə hərbçi və parlamentin bir üzvü də var.
Çadın xüsusi xidmət orqanları prezident İdris Debi əleyhdarlarının bir neçə aydır hazırladıqları dövlət çevrilişi cəhdinin qarşısını alıblar. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin kommunikasiya naziri Həsən Silla-Bakari deyib.

“Mayın 1-də çirkin niyyətinli bir qrup adam ölkədə sabitliyi pozmağa yönəlmiş bir sıra hərəkətlərə cəhd ediblər”, - nazir ötən gecə xalqa müraciətində bildirib.

Həsən Silla-Bakarinin sözlərinə görə, rejim əleyhdarları xüsusi xidmət orqanlarının peşəkarlığını düzgün qiymətləndirə bilməyiblər. Xüsusi xidmət orqanları çevrilişə hazırlaşanları 2012-ci ilin dekabrından izləyirmiş və yalnız ötən gün zərərsizləşdiriblər.

Anonim mənbələrin məlumatına görə, çərşənbə günü bir neçə hərbçi və parlamentin bir üzvü də həbs edilib. Çaddakı hadisələrin bu ölkə ordusunun Malidəki hərbi əməliyyatlarda iştirakla bağlı olub-olmadığı məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar