Çad dövlət başçısı dördüncü dəfə prezident seçilib
10 May 2011 Çərşənbə Axşamı 12:18
İdriss Debi 1990-cı ildən Çada rəhbərlik edir
Çad Respublikasında yenidən prezident seçkisi baş tutub. Seçkinin nəticəsinə görə, fəaliyyətdə olan prezident İdriss Debi artıq dördüncü dəfə Çada rəhbərlik hüququnu qazanıb.
Çad Mərkəzi Seçki Komitəsinin verdiyi məlumata görə, İdriss Debi aprelin 25-də baş tutan seçkinin birinci mərhələsində 89% səs toplayıb.
Qeyd edək ki, prezidentin müxalifətdən olan əsas rəqibləri seçkini boykot edib. Müxalifət artıq dördüncü dəfə seçilən prezident İdriss Debini səs oğurluğunda ittiham ediblər.
Xatırladaq ki, İdriss Debi 1990-cı ildən Çada rəhbərlik edir.
DOSTLARINLA PAYLAŞ: