BVF-nun direktoru Dominik Stross-Kan istefa verdi
19 May 2011 Cümə Axşamı 10:31
Dominik Stross-Kan bütün ittihamları bir daha rədd edib.
Nyu York otellərindən birində zorlama cəhdində ittiham olunaraq həbs edilən Dominik Stross-Kan Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsindən istefa verib.
«Böyük kədər hissi ilə direktorlar şurasına Beynəlxalq Valyuta Fondunun icraçı direktoru postundan istefa ərizəmi təqdim edirəm. Hazırda mən ilk növbədə çox sevdiyim həyat yoldaşım, uşaqlarım, ailəm, dostlarım haqqında düşünürəm. Mən həmçinin fonddakı həmkarlarımı da düşünürəm. Biz son üç ildə birlikdə çox böyük işlər görmüşük. Hamıya bildirmək istəyirəm ki, mənə qarşı irəli sürülən bütün ittihamları böyük qətiyyətlə rədd edirəm. Şərəf və ləyaqətlə xidmət göstərdiyim bu təşkilatı qorumaq istəyirəm.»-Dominik Stross-Kan istefa məktubunda belə yazıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: