BVF-nin rəhbəri bu gün məhkəmə qarşısına çıxarılacaq
16 May 2011 Bazar Ertəsi 11:58
Dominik Stross-Kan zorlamaya cəhddə ittiham olunaraq ABŞ-da həbs olunub
Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kan bu gün hakim qarşısına çıxarılacaq. Ötən gün ABŞ-ın Nyu-York şəhərində, Parisə uçmağa hazırlaşarkən həbs olunmuş Stross-Kan zorlamaya cəhddə ittiham olunur. O isə Amerika mehmanxanalarından birinin xadiməsinin irəli sürdüyü iddiaları təkzib edir.

Müttəhim məhkəməyə çıxarılmazdan əvvəl tibbi baxış aparılması üçün məhkəmə prosesi bir gün ertələnib. Beynəlxalq Valyuta Fondu isə, hələ ki, direktorunun həbs olunmasına dair şərh vermir. Dominik Stross-Kanın səlahiyyətlərini isə hələlik onun müavini Con Lipski yerinə yetirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar