Bütün məhkəmə prosesləri təxirə salındı
09 Mart 2010 Çərşənbə Axşamı 20:25
Fransada hakim və vəkillər tətil edir
Fransada hakim və vəkillər məhkəmə sisteminin müstəqilliyinin pozulması və mövcud problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq bu gün tətil edir.

Məhkəmə sistemi işçilərinin tətili bütün ölkə ərazisində keçiriləcək məhkəmə proseslərinin təxirə salınması ilə nəticələnib. Hakim, vəkil, məhkəmə nəzarətçiləri və Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə bu gün Parisdə etiraz nümayişi də keçirilib.

Fransa prezidenti Nikola Sarkozinin məkəmə sistemində həyata keçirmək istədiyi islahatlar isə bir çox hakim və vəkil tərəfindən “məhkəmə sisteminin təhlükəyə atılması” kimi qəbul edilir.

Müxalifət təmsilçilərinin də dəstək verdiyi etirazlarda əsas narazılıq doğuran məsələlərdən biri yeni islahatlarla Fransada sorğu hakimi vəzifəsinin ləğv edilməsi istəyidir. Fransa məhkəmə sisteminin bir hissəsi olan bu institutun ləğv olunması ilə siyasətçilərin ədalət mühakiməsinə cəlb edilməsinin daha da çətinləşəcəyi gözlənilir.

Tətildə iştirak edən hakim və vəkillər həbs şərtlərinin daha da asanlaşdırılmasını, məhkəmə nəzarətçiləri və katibləri isə iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar