Bütün kitabları yeyən qarışqalar “Quran”a zərər vermədi
16 Oktyabr 2010 Şənbə 04:55
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”.
Nigeriyada fəaliyyət göstərən türk məktəbində işləyən bir müəllimin başına maraqlı və ibrətli hadisə gəlib. ANS PRESS “Cihan” istinadən xəbər verir ki, müəllim Türkiyədə tətildə olduğu 2 ay ərzində Nigeriyada qalan, müəllimə aid kitabları güvələr və qarışqalar yeyib. Qarışqalar sadəcə “Qurani Kərim”ə zərər verməyib. Müqəddəs kəlamın yazıldığı kitabın kənarlarını yeyən həşəratlar ayələrin yazıldığı qismə toxunmayıb.
Qeyd edək ki, İslam alimləri bunu, “Hicr” surəsi 9-cu ayəsinin (“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayacağıq!”) təzahürü kimi qiymətləndirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: