"Bütün azərbaycanlılara təşəkkür edirik!"
18 May 2011 Çərşənbə 17:19
Ərtoğrul Günay "Eurovision"dakı qələbəmizlə fəxr etdiyini deyib
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay azərbaycanlı təmsilçilərin "Eurovision 2011"dəki qələbəsi münasibətilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təbrik məktubu göndərib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir məktubda azərbaycanlı ifaçıların qələbəsini türk xalqının öz qələbəsi kimi qəbul etdiyini və bu uğura çox sevindiyi qeyd edib.
Məktubda deyilir: "Sizin ifaçıların türk bayrağı ilə səhnəyə çıxması bizi çox təsirləndirdi. Sizin simanızda bütün azərbaycanlılara təşəkkür edirik və bu böyük qələbə münasibətilə bir daha təbrik edirik! Bakıda keçiriləcək müsabiqənin həm iştirakçılarda, həm də qonaqlarda unudulmaz təəssüratlar buraxacağına ümid edirik".
DOSTLARINLA PAYLAŞ: