Buşa ayaqqabı atdı cəzalandırıldı
07 Aprel 2009 Çərşənbə Axşamı 20:00
Məhkəmə, iraqlı jurnalist Müntəzir əl-Zaidinin 3 illik həbs cəzasını 1 ilə endirib

ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atan 30 yaşlı iraqlı jurnalist Müntəzir əl-Zaidinin cəzası azaldılıb. ANS PRESS, «Reuters» agentliyinə istinadən xəbər verir ki, məhkəmə jurnalistin 3 illik həbs cəzasını 1 ilə endirib. İraq məhkəməsinin nümayəndəsi Əbdül Səttar əl-Birkdar bildirib ki, məhkəmə jurnalistin apellyasiya şikayətini təmin edib: «Ona görə ki, Müntəzir əl-Zaidi gəncdir və əvvəllər məhkum olunmayıb». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar