Buşa ayaqqabı atan jurnalist həbs olundu
25 Fevral 2011 Cümə 01:26
Zeydinin bu gün Bağdadda keçiriləcək etiraz aksiyası barədə çıxış etməsi gözlənilirdi.
Sabiq ABŞ prezidenti Corc Buşa ayaqqabı atan iraqlı jurnalist Müntəzər Zeydi ötən gün İraq ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə məlumatı “İşğal qüvvələrindən zərərçəkmişlərə yardım” dərnəyinin üzvü Mərvə Rubeyi verib. Rubeyi Zeydinin mətbuat konfransı keçirmək üçün Bağdad “Əzəmiyyə” məscidinə getdiyini, İmam Əzəmin türbəsində “Fatihə” oxiyarkən saxlanıldığını bildirib.

Qeyd edək ki, Müntəzər Zeydinin mətbuat konfransında cümə günü (bu gün) Bağdadda keçiriləcək etiraz aksiyası barədə çıxış etməsi gözlənilirdi.

Məlumata görə, jurnalistin saxlanılmasından sonra “Əzəmiyyə” məscidinin ətrafında 22 hərbi “Hammer” və çox sayda xüsusi təyinatlı əsgərlər yerləşdirilib və əraziyə toplaşan jurnalistlər də təzyiqlərə məruz qalıb.

Xatırladaq ki, sabiq ABŞ prezidenti Corc Buşa ayaqqabı atdığı üçün həbsə məhkum edilən Zeydi 9 aylıq həbsxana həyatından sonra 15 sentyabr 2009-cu il tarixdə ölkə xaricinə çıxmış, bu il fevralın 19-da İraqa qayıtmışdı.

Qeyd edək ki, jurnalistlə birlikdə onun qardaşı Dirğam Zeydi də həbs olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar