Buryulev bazarında talançılıq edənlər mühakimə olunacaq
22 Oktyabr 2013 Çərşənbə Axşamı 15:19
Cinayətdə ittiham olunan 3 nəfər dələduzluqda ittiham olunurlar.
Moskvanın "Büryoza" meyvə bazasında talançılıq edən 4 nəfərdən 3-ü barəsində məhkəmə prosesi başlayıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onlardan biri - Artyom Novikov haqqında "Dələduzluq" ittihamı ilə cinayət işi açılıb.

Dünən isə Timur Musikayev və Andrey Titarenkonun məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, onlar barəsində də Rusiya Cinayət Məcəlləsinin 213-cü (Dələduzluq)maddəsi ilə cinayət işi qaldırılıb. Dördüncü şəxs barəsində isə axtarış elan edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar