Burkina-Fasonun prezidenti özünü müdafiə naziri təyin etdi
24 Aprel 2011 Bazar 04:29
Blez Kompaore həm prezident kürsüsündə qalacaq, həm də Nazirlər Kabinetinin tərkibinə daxil olacaq.
Burkina-Fasonun prezidenti Blez Kompaore özünü müdafiə naziri təyin edib. O, bu addımı hakim rejimə qarşı etiraz aksiyaları və prezident alayında baş vermiş qiyamla bağlı atıb. Blez Kompaorenin sözlərinə görə, prezident postunda da qalacaq, eləcə də Nazirlər Kabinetinin tərkibinə daxil olacaq.
Xatırladaq ki, bu həftə Burkina-Fasoda bir qrup tələbə hakim partiyanın ofisini və baş nazirin iqamətgahını yandırıb. Hadisə ölkənin iri şəhəri Kuduquda baş verib.
Apprelin 15-də Blez Kompaorenin mühafizəsinə məsul hərbi hissənin hərbçiləri dövlət başçısının iqamətgaşının ərazisində atəş açıblar. Sonradan hökumət etirazçıların tələblərini yerinə yetirib və atəş kəsilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: