Bürclər sentyabrda nə vəd edir?
07 Sentyabr 2011 Çərşənbə 10:18
Astroloji proqnoz
Qoç
Bu ay siz bir addım irəli atacaqsınız və bu, karyeranızda yüksəlişə səbəb olacaq. Maddi baxımdan bəxtiniz gətirəcək və müvəffəqiyyətli layihələrə imza atmaq ehtimalı var. Ailədə səbirsizliyinizdən bəzi problemlər yarana bilər, hər şey yalnız sizdən asılıdır. Sağlamlığınız üçün idmanla məşğul olmağınız məsləhətdir.
Buğa
Sənət adamlarını sentyabr ayında şan şöhrət gözləyir. Ümumiyyətlə, işgüzar həyatınızda maraqlı və gözlənilməz hadisələrlə üzləşəcəksiniz. Həmçinin sizə külli miqdarda gəlir gözlənilir, lakin fikirləşdiyiniz mənbədən deyil. Sevgi məsələlərinə gəldikdə, həyatınızda romantik dövr başlayır. Sevdiyinizlə barışacaqsınız.
Əkizlər
Sizin üçün çox sakit bir dövr başlayır. Amma önəmli hadisələr baş verəcək, məsələn, ev və ya mənzil almaq arzusunda olanlar arzularına çatacaq. Sənədlərlə bağlı bir az problem yarana bilər, lakin alış-veriş sərfəli olacaq. Şəxsi həyatınızda anlaşılmazlıqlar gözlənilmir, bir-birinizi başa düşəcəksiniz.
Xərçəng
Ayın sonunda maraqlı və həyatınızda böyük rol oynayacaq insanla tanış olacaqsınız. Subayların bəxti açılacaq, bəziləri ailə quracaq, bəziləri isə yeni münasibətlərə qədəm qoyacaq. Maddi sıxıntınız ayın sonunadək davam edəcək. Vaxt gələcək və siz bunun əvəzini çıxacaqsınız. Odur ki, ürəyinizə salmayın.
Şir
Çoxdan arzuladığınız layihə üzərində işləməyə başlayacaq və müvəffəqiyyət qazanacaqsınız. Ailənizə yetərincə vaxt ayıra bilməyəcəksiniz və bu onların xətrinə dəyə bilər. Karyeranızda sizi yüksəliş gözləyir, maddi durumunuz xeyli yaxşılaşacaq, lakin sağlamlığınızla bağlı problem yarana bilər. Diqqətli olun.
Qız
İşgüzar həyatınız yaxşılığa doğru irəliləyəcək. Gələcəkdə uğurlu karyera qurmaq üçün perspektivlər görünəcək, şansı əldən verməyin. Tək olanlar ikinci yarısını tapacaq. Səfərə çıxsanız maraqlı hadisə baş verəcək, onun necə nəticələnəcəyi sizdən asılıdır.
Tərəzi
Bu ay o qədər sakit olacaq ki, siz artıq çəki yığa bilərsiniz. Odur ki, xarici görüşünüzə fikir verin. İş həyatınızda bəzi dəyişikliklər baş verə bilər və bu bu, maddi vəziyyətinizə müsbət təsir edəcək. Ailəli xanımların dünyaya övlad gətirmək və ya hamilə olmaq ehtimalı var. Bir sözlə, ana olmaq vaxtı gəldi.
Əqrəb
Sizi çoxlu görüşlər, yeni tanışlıqlar və hadisələr gözləyir. Çoxdan görüşmədiyiniz insanla yenidən münasibət quracaqsınız. Bu sizə mənfi təsir edəcək. Maddi vəziyyətiniz yaxşılaşacaq və bəzi adamlar işinizdə sizə kömək edəcək. Özünüzə qapanacaqsınız, bu, ailədə münaqişələrə səbəb ola bilər.
Oxatan
Sentyabr sizə uğur gətirəcək. Hər şey öz yerinə düşəcək. Hazırladığınız layihə müvəffəqiyyət qazanacaq. Şərik olduğunuz insana çox güvənməyin, o sizə hiylə qura bilər. Ayın sonunda özünüz buna başa düşəcəksiniz. Şəxsi həyatınızda dəyişiklik gözlənilmir. Sağlamlığınız sizi narahat etməyəcək. Amma yenə də diqqətli olun.
Oğlaq
Həyatınızda önəmli dövr başlayır. Bəxtiniz hərtərəfli gətirəcək. İşdə sizi nəhayət, qiymətləndirəcəklər. Əməkdaşlarla yeni bir layihəyə imza atacaqsınız və bu sizin gələcəyiniz üçün vacib bir addım olacaq. Şəxsi həyatınızda yeni sevgili peyda olacaq, ondan uzaq olsanız da bir-birinizə bağlanacaqsınız.
Dolça
Hal-hazırda böyük işlərə imza atmaq zamanı gəldi. Əvvəllər planlaşdırdığınız işləri indi həyata keçirsəniz, uduzmazsınız. Çünki nəyə imza atsanız, uğur qazanacaqsınız. Ailədə olan problemlər öz-özünə yox olacaq. Həm maddi durumunuz, həm şəxsi həyatınız, həm də işgüzar həyatınız yaxşı olacaq.
Balıqlar
Əlinizə gözəl fürsət düşəcək: faydalı insanlarla görüş baş verəcək və bu, gələcək həyatınızı dəyişə bilər. Dost-tanışlarınızda sizə kömək etmək arzusu yaranacaq. Maddi vəziyyətiniz bir az pisləşəcək, çünki bütün pulları borclarınızı ödəmək üçün xərcləyəcəksiniz. Yalnız xanımlar özünə yaxşı dost tapacaqlar.
DOSTLARINLA PAYLAŞ: