Bulqariya nəhayət sudan çıxarıldı
23 İyul 2011 Şənbə 17:34
Bulqariya nəhayət sudan çıxarıldı. Gəminin doka aparılması gözlənilir.
İyulun 10-da Tatarıstanda Kuybışevsk su anbarında batmış Bulqariya gəmisi, demək olar ki, tamamilə suyun üzərinə çıxarılıb. Yaxın saatlarda mütəxəssislər gəmidən suyu nasosla çəkməyə başlayacaqlar. Bundan sonra gəmi qaldırılaraq doka aparılacaq və qurudulacaq.

Gəminin batmasının əsas səbəbi yalnız əməliyyat başa çatdıqdan sonra 1 həftə ərzində məlum olacaq. Bunu Rusiya nəqliyyat nazirinin müavini və 'Bulqariya'nın qaldırılması üzrə qərargah rəisi Viktor Olerski bildirib. Onun sözlərinə görə, gəminin doka aparılması variantı daha məqsədəuyğun görünür: "Plan A ondan ibarət idi ki, gəmini burada, onu qaldıran üzən kranların yanında saxlayaq. Plan B isə gəmini üzərində işləmək üçün daha sakit mühitə daşıyaq. Hazırda hər iki variantı bir arada necə uzlaşdıracağımızı fikirləşirik.".

İtkin düşən və meyitləri gəminin altında ola biləcəyi ehtimal edilən 8 nəfər isə orada tapılmayıb. Axtarışlar davam edir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar