Bulqariya gəmisini qaldıran zəncir qırılıb
18 İyul 2011 Bazar Ertəsi 12:17
Volqa çayında batmış Bulqariya gəmisinin sudan çıxarılması əməliyyatı uzana bilər.
İyulun 10-da Tatarıstanda Volqa çayında qəzaya uğramış "Bulqariya" gəmisi, nəhayət, bu gün sudan çıxarıla bilər. Ötən gün Kuybışevsk su anbarında gəminin suyun üzərinə qaldırılması əməliyyatı başlasa da, ilk cəhd uğursuzluqla nəticələnib. Belə ki, gəmini dikəldərək qaldırmaq üçün bərkidilmiş troslardan biri qırılıb. Bununla bağlı olaraq əməliyyatın planlaşdırılan başa çatma müddəti də dəyişə bilər.

Xatırladaq ki, göyərtəsində 208 nəfərin olduğu "Bulqariya" gəmisi fırtına şəraitində batıb. Nəticədə 79 sərnişin xilas edilib, 100-dən çox adam ölüb, 15 nəfər itkin düşüb. Xilasedicilər onların meyidlərinin gəminin altında ola biləcəyini ehtimal edirlər. Gəmi 20 metr dərinlikdə yerləşir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar