Bülent Ersoyun görməmişliyi Seda Sayanı özündən çıxardı
10 Dekabr 2010 Cümə 06:55
Bülent Ersoy proqramda iştirak etmək üçün Seda Sayandan “Sony” notebook və “Louis Vuitton” markalı çanta və s. istəyib
Türkiyənin məhşur müğənnisi və tele-aparıcısı Seda Sayan proqramına qonaq çağırdığı müğənni Bülent Ersoyun tələblərini eşidərək onu çağırmaq fikrindən daşınıb. Məlumata görə, Bülent Ersoy proqramda iştirak etmək üçün Seda Sayandan “Nur Yerlitaş” imzalı gecə paltarı, “Sony” notebook və “Louis Vuitton” markalı çanta istəyib.
Qeyd edək ki, Bülent Ersoy daha əvvəl İbrahim Tatlısesin aparıcı olduğu “İbo Show”da iştirak etmək üçün ondan hər biri 6 500 avro olan “Vertu” markalı mobil telefon tələb etmişdi. Bundan başqa Ersoy “Flash” TV-də müğənni Ceylanın proqramında qonaq olmaq üçün onun sponsorundan 3 ədəd “Vertu” 1 ədəd “Nokia” marka mobil telefon istəmişdi.
Xatırladaq ki, Bülent Ersoy daha əvvəl təhqiramiz ifadələrlə, “Azərbaycanlılar mənşəyi bilinməyən xalqdır” – demiş, həmçinin “Sarı Gəlin” mahnısının ermənilərə aid olduğunu iddia etmişdi.
DOSTLARINLA PAYLAŞ: