Buddizmin Avropada banisini öldürüblər
10 Oktyabr 2013 Cümə Axşamı 00:44
Mərhumun qardaşı cinayətin sifarişlə həyata keçirildiyini iddia edir.
Çində buddizmi Avropaya gətirən insanı öldürüblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Böyük Briyaniya vətəndaşı olan Ankonq Tulku Rinpoçe öz evində bıçaqlanmış halda tapılıb.
Araşdırma zamanı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Rinpoçe ilə yanaşı cinayətkarlar, onun sürücüsü və qardaşı oğlunu da öldürüblər. Cinayətin motivi kimi pul mübahisəsi göstərilib. Mərhumun qardaşı cinayətin sifarişlə həyata keçirildiyini iddia edir.
Qeyd edək ki, Rinpoçe 1967-ci ildə Şotlandiya ərazisində Kaqyu Samye Linq adlı buddist monastrı yaradaraq, Avropada buddizmin əsasını qoyub.
DOSTLARINLA PAYLAŞ: