Səudiyyə Ərəbistanı kralı Abdullahın Ciddədə inşa etdirdiyi stadion görənləri sözün əsl mənasında heyrətə salır.
ANS PRESS-in məlumatına görə, layihə 2009-cu ildə təsdiqlənib.
Onun damı qiymətli daş-qaşla bəzədilib. "Səhranın almazı" adı verilən stadionun açılışı olub. Stadion 60 min nəfər tutuma malikdir.
FIFA kriteriyalarına uyğun inşa edilən stadion 533 milyon dollara başa gəlib. Stadionda 5 ulduzlu lojalar, VİP salonlar, idmançılar və mətbuat üçün rahat salonlar var.
Stadionda əlil tamaşaçılarda nəzərə alınıb. Belə ki, onlar üçün 308 oturacaqlı xüsusi sahə, liftlər və tualetlər hazırlanıb. Adətən isti hava şəraitində oynalılan matçlarda tamaşaçı və futbolçuların istidən təsirlənməməsi üçün xüsusi sərinlətmə sistemi qurulub. Sistem stadiona isti havanın girməsinə mane olur.
Üstü bağlı stadionda otların təbii günəş işığı alması üçün də xüsusi işlər görülüb.