Bu reklam tamaşaçıları hövsələdən çıxardı
13 Aprel 2011 Çərşənbə 06:15
"Qrem Bell əgər 118 33 reklamını görsəydi telefonu icad etdiyi günə lənət oxuyaraq intihar edərdi"
Türkiyə telekanalarında nümayiş olunan naməlum telefon nömrələrinin axtarış xidməti olan “118 33” reklamındakı mübaliğəli mavi obrazı tamaşaçıların etirazına səbəb olub. Aktyor Burçin Bildikin canlandırdığı rol həqiqi maviləri də əsəbləşdirib. Reklama ən maraqlı etirazları isə sosial şəbəkə saytı “Twitter” istifadəçiləri bildirib:

• Bu reklamda 118 33 deyən ..i versələr səhərdən axşama qədər döyərəm. O çıxanda televizoru sındırmaq istəyirəm

• 118 33-ə böyük maraq. Sadəcə söymək üçün zəng vuranların sayı 7 milyona çatdı

• Reklamda çəkilən şəxsi telefon kabeli ilə öldürmək istəyirəm

• Son dəqiqə xəbəri: Məktəb nömrəsi 11833 olan şagird reklam nümayiş olunan vaxt eyvandan tullanaraq intihar edib

• Reklamda çəkilən dostum, sabah nəvələrin “baba You-Tubedə bir video-çarx tapdım. Bu sənsən?” – deyə soruşsa etiraf edəcəksən?

• Qrem Bell əgər 118 33 reklamını görsəydi telefonu icad etdiyi günə lənət oxuyar, dəstəyi başına vuraraq intihar edərdi

• Hər şeyin betəri var. Kimdir 118 10 reklamında oynayan qızlara söz atan? Buyur sənə 118 33




DOSTLARINLA PAYLAŞ:

oyunlar