Bu ölkədə ölmək, yaşamaqdan daha bahalıdır
05 Mart 2014 Çərşənbə 08:48
Qlobal maliyyə böhranının təsirləri Çində də hiss olunmaqdadır.
ANS PRESS-in xəbərinə görə, qlobal maliyyə böhranı Çində qəbiristanlıq qiymətlərinin bahalaşmasına səbəb olub. Bu isə adi vətəndaşların etirazına gətirib çıxarıb.

Son 6 ildir dayanmadan qəbiristanlıq qiymətlərinin artması son aylarda daha yüksək nəzərə çarparaq, lüks mənzil qiymətlərini belə arxada qoyub.
Ölkənin ən mənzərəli qəbiristanlarından biri olan paytaxt Pekindəki Babaoşan qəbiristanlığındakı qəbirlərin kvadrat metrinin qiyməti 14 min dollardan başlayır.

Lakin Babaoşanda dəfn etmək üçün 14 min dolların olması da kifayət etmir. Belə ki, 20 il boyunca bu qiymətə kirayəyə götürdüyünüz qəbir üçün, daha sonra müqaviləni yeniləməli və kirayənin qiymətini də yüksəltməlisiniz.

1,3 milyard əhalisi olan Çinin hazırda 60 yaşında 180 milyondan artıq əhalisi var və ildə isə 9 milyon insan ölür.

Əhalinin yaşlanma prosesi davam etdiyindən cənazə sənayenin gəliri artmağa davam edəcək: hesablamalara görə, 2017-ci ilə qədər Çin cənazə xidmətləri bazarının pul dövriyyəsi 16,5 milyard dollara çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar