Bu insanlar Azərbaycanda türk olduqlarına görə qətlə yetiriliblər
30 Mart 2011 Çərşənbə 15:33
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç regionda ədalətsizliyə son qoyulmasını tələb edib
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı onların türk xalqlarına qarşı aqressiyasından doğur. Bu barədə danışan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç regionda ədalətsizliyə son qoyulmasını tələb edib.
“Tarix həqiqətləri ortaya qoyur. Biz həmin həqiqətlərdən danışırıq. Bu insanlar Azərbaycanda türk olduqlarına görə qətlə yetirildilər. Amma dünya bunu görmür. Xocalıda da, həmçinin, türk olduqlarına görə qətlə yetirildilər. Biz bu coğrafiyada barış və firavanlıq istəyirik. Bu coğrafi ərazilərdə ədalətsizliyə son qoyulmasını istəyirik. Bunu gözləyirik, bu dərhal həll olmalıdır. Zaman keçir, evlərindən didərgin düşmüş 1 milyona yaxın qaçqın var. Bu ölkənin torpaqlarının 20 faizi işğal altındadır. Bunu tək mən demirəm, bunu BMT-nin 4 qətnaməsi deyir və bu coğrafi ərazi dərhal istiqrara qovuşmalıdır. Burada barış və hüzur olmalıdır”, - deyə Türkiyənin Azərbaycandakı səfiri bildirib.
DOSTLARINLA PAYLAŞ: