Bu il zəvvarlar şeytanı maska ilə daşlayacaqlar
07 Avqust 2009 Cümə 09:50
Səudiyyə Ərəbistanı rəsmiləri bu yolla "donuz qripi" virusunun yayılmasının qarşısını almağa çalışırlar

Bu il Həccə gedən zəvvarlar şeytanı maska ilə daşlaya bilərlər. Bu şərti Səudiyyə Ərəbistanı hökuməti irəli sürüb. ANS PRESS-in "Hüriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, belə addımın atılmasına səbəb "A H1N1" (donuz qripi) virusunun getdikcə sərhədlərini genişldəndirməsidir.

Səudiyyə Ərəbistanı səhiyyə naziri Abdullah Rəbiyə təklif edilən bu və bir sıra başqa məhdudiyyətlərin rəsmilər tərəfindən təsdiqlənən kimi icrasına başlanılacağını bildirib.

Səhiyyə Nazirliyi tərəfindən irəli sürülən digər məhdudiyyətlər isə belədir:

Zəvvarlardan sağlamlıq barədə  arayış tələb edilsin.
65 yaşdan yuxarı, 12 yaşdan aşağı olanlara, hamilə qadınlara, ürək, böyrək çatışmazlığından, yükzək təzyiq və şəhər xəstəliyindən əziyyət çəkənlərə Həcc vizası verilməsin
Xarici ölkələrdən gələcək zəvvarlara ən azı iki həftə öncədən «donuz qripi»nə qarşı peyvənd vurulmalıdır
Şeytanı daşlama və sairə kütləvi halda icra ediləcək mərasimlərdə  maska taxılmalı
Zəvvarların gigiyenik qaydalara riayət etməsi, qripin simptomlarını görən kimi tibb ocaqlarına dərhal müraciət etməli

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu vaxta kimi 6 nəfər adıçəkilən xəstəlik nəticəsində dünyasını dəyişib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar