Bu il Rumıniyada 80 min nəfər işsiz qalacaq
02 Yanvar 2010 Şənbə 13:25
Bu il Rumıniyada 80 min nəfər işsiz qalacaq. Maaşlarda isə heç bir artım olmayacaq.
Rumıniya hökuməti 2010-cu ildə büdcədə olan kəsirləri bağlamaq üçün ciddi addımlar atmaq niyyətindədir. Bunun üçün də ilk olaraq bir il ərzində 80 min dövlət işi yerlərini bağlamaq fikrindədir.
Rumıniya Əmək naziri Mihai Seitan bu məsələyə açıqlama verərkən bildirib ki, 80 min məmurun işinə son qoyulması üçün artıq parlamentə müraciət ediləcək.
Nazir ötən il ərzində işsizliyin 7,8 faiz civarında olduğunu açıqlayıb. O, bu il maaşlarda heç bir artımın olmayacağını və maaşların dondurulacağını, amma ən aşağı maaş alanlara isə cuzi artımın olacağını vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun Rumıniyaya böhrandan çıxmaq və büdcə kəsirlərini örtmək üçün ayırdığı 2.3 milyard avronun da köməyi olmadı. Nazir söz verib ki, 2010-cu ildə illik inflyasiya 3.7 faiz olmasını planlaşdırırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: