Bu il MDB qeyri-formal sammitini at yarışları əvəz edəcək
15 İyul 2009 Çərşənbə 07:00
Ən son məlumatlara görə, tədbirə beş MDB lideri ilə yanaşı, Cənubi Osetiya və Abxaziya separatçı rejimlərinin başçıları da qatılacaqlar

Rusiya bu il MDB liderlərinin qeyri-formal sammitini keçirməyəcək və rəsmi Moskva Birlik liderlərini Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda at yarışına dəfət edib. Yarış iyulun 18-də Mərkəzi ippodromda baş tutacaq. . ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Vedomosti” qəzeti Kremldəki mənbəyə istinadən yayıb. Qəzetin yazdığına görə, tədbirin heç bir siyasi mənası yoxdur və at yarışı ilə maraqlanan dövlət başçıları Moskvaya gedəcəklər.
11 MDB ölkəsi liderlərinin hamısı şənbə günü Moskvada olmayacaq. Ən son məlumatlara görə, tədbirdə iştirakını Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan və Moldova prezidentləri təsdiqləyib. Tacikistan istisna olmaqla digər ölkələrin hamısı cıdır yarışında öz atı ilə əmsil olunacaq. Maraqlıdır ki, MDB liderləri ilə bərabər, müstəqilliyi yalnız Rusiya və Nikaraqua tərəfindən tanınmış Cənubi Osetiya və Abxaziya separatçı rejimlərinin başçıları da iştirak edəcək. Ukrayna və Türkmənistan prezidentlərinin isə Mosekvaya gəlməyəcəyi dəqiqdir.
Xatırladaq ki, MDB-nin əvvəlki üç qeyri-formal görüşündə liderlərin hamısı iştirak etmişdilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar