Bu il 1400 zəvvar Məkkəni pulsuz ziyarət edəcək
01 Oktyabr 2013 Çərşənbə Axşamı 16:49
Səudiyyə Ərəbistanı kralının qonağı olan zəvvarların xərcləri krallıq tərəfindən ödəniləcək.
Bu il müxtəlif ölkələrdən olan 1400 zəvvar Səudiyyə Ərəbistanı Kralının qonağı kimi Həcc ziyarətinə göndəriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı kralı Abdullanın qərar verib.

“Arabnews”un yazdığına görə, qonaq kimi həcc ziyarətinə gedənlərin bütün xərcləri krallıq tərəfindən ödəniləcək.

Qonaqlar arasında İndoneziya, Banqladeş, Tailand, Filippin, Kamboca, Qırğızıstan, Şri-Lanka, Nepal, Əfqanıstan, Vyetnam, Malayziya, Sinqapur, Myanma(Birma), Laos, Cənubi Koreya, Maldiv, Bosniya, Xorvatiya, Çernoqoriya, Sloveniya, Slovakiya, Seyşel, Mavrikiya, Avstraliya, Yeni Zeelandiya, Fici, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Peru, Venesuella, Boliviya, Trinidad, Kamerun, Cənubi Sudan, və digər 40 Afrika ölkəsindən olanlar iştirak edəcək.

Krallığın naziri Saleh əş Şeyxin sözlərinə görə, son illərdə bu proqram çərçivəsində ümumilikdə Həcc ziyarətini 22 min zəvvar ziyarət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar