Ümumdünya Vəhşi Təbiət Fondu yeni nadir heyvanların şəkillərini dərc edib.
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) yeni nadir və nəsli kəsilməkdə olan heyvanların şəkillərini dərc edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu şəkillər Çinin dağlıq qoruqlarında fototələlər vasitəsilə çəkilib.
Bu qoruqlar isə xüsusi ilaraq böyük pandanın sayının daha da artırılması üçün yaradılıb.
Bu cür infroqırmızı kameralar isə dünyanın 6 ölkəsindəki qoruqlarda qurulub. Onlarla nəsli kəsilməkdə olan nadir heyvanların dəqiq sayını bilmək mümkündür. Bu kameralar həmçinin WWF üçün qoruqların idarəedilməsində olduqca əvəzsiz köməklik edir.
ANS PRESS nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan heyvanların şəkillərini oxucularına təqdim edir.