Bu günün tarixi (20.05.2011)
20 May 2011 Cümə 06:58
Miladi: 20 may 2011Hicri: 17 Cəmadiül-axər1432
Miladi: 20 may 2011
Hicri: 17 Cəmadiül-axər1432

İlin 140-cü günü
İlin sonuna 225 gün qalır

1451-ci ildə səyyah Xristofor Kolumb anadan olub

1481-ci ildə II Bəyazid Osmanlı padşahı oldu

1498-ci ildə səyyah Vasko da Qama Hindistana yetişib

1789-cu ildə fransız yazıçı Onore de Balzak anadan olub

1875-ci ildə bu gün Ümumdünya Meterologiya günü kimi qeyd edilir

1884-cü ildə ədəbiyyatşünas Salman Mümtaz anadan olub

1886-cı ildə türk idmançı Əli Sami Yen dünyaya gəlib

1891-ci ildə Tomas Edison “Kinetoscope” adlı film nümayiş etdirən cihazın prototipini təqdim etdi

1896-cı ildə Paris opera binsanda olan 6 tonluq çilçiraq tamaşaçıların üstünə düşdü, nəticədə 1 nəfər öldü.

1902-ci ildə Kuba müstəqillik əldə etdi və ölkənin ilk prezidenti Tomás Estrada Palma oldu

1906-cı ildə xalq yazıçısı Əbülhəsən Ələkbərzadə anadan olub

1907-ci ildə Azərbaycanın xalq artisti Həqiqət Rzayeva anadan olub

1920-ci ildə bioloq alim Tofiq Qazıyev anadan olub

1933-cü ildə yol inşaatçısı, alim Əli Əliyev anadan olub

1946-cı ildə xalq şairi Sabir Rüstəmxanlı dünyaya gəlib

1959-cu ildə şair Gülağa Tənha anadan olub

1992-ci ildə "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb


DOSTLARINLA PAYLAŞ:

oyunlar