Bu günün tarixi (09.05.2011)
09 May 2011 Bazar Ertəsi 07:04
Bu gün alman faşizmi üzərində qazanılan qələbədən 66 il ötür
Miladi: 09 may 2011
Hicri: 06 Cəmadiül-axər1432

İlin 129-cü günü
İlin sonuna 236 gün qalır

1712-ci ildə Tula silah zavodunun bünövrəsi qoyulub

1873-cü ildə ingilis arxeoloqu Hovard Karter dünyaya gəlib

1913-cü ildə “Fantomas” filmi ilk dəfə ekrana çıxarılıb

1925-ci ildə geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu Nüsrət Xəlilov anadan olub

1930-cu ildə məşhur idmançı Ələkbər Məmmədov anadan olub

1940-cı ildə amerikalı rejissor Ceyms Bruks dünyaya gəlib

1945-ci ildə Berlinə daxil olan sovet qoşunları alman faşistləri üzərində qələbə çalıb

1962-ci ildə rus rejissoru Valeri Todorovski anadan olub

1967-ci ildə ABŞ-ın Vyetnamda apardığı müharibənin “Quran” zid olduğunu hesab edərək bu ölkədə əsgərliyə getməkdən imtina edən boksçu Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb.

1967-ci ildə rus aktyoru.Fyodor Bondarçuk anadan olub

1987-ci ildə Polşa hava yollarına aid Varşava – Nyu York reysi ilə hərəkət edən sərnişin təyyarəsi havaya qalxdıqdan sonra qəzaya uğradı və nəticədə 183 nəfər həlak oldu

2000-ci ildə vəzifəsindən ayrılarkən 80-ə yaxın ölkə rəhbərinə vida məktubu yazan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Bəşər Əsəd, Müəmmər Qəddafi, Səddam Hüseyn, Miloşeviç və Pərviş Müşərrəfi bu siyahıya daxil etmədi

2003-cü idə Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurub

2004-cü ildə Çeçenistanın keçmiş prezidenti Əhməd Əbdülhəmid oğlu Kadirov öldürülüb


DOSTLARINLA PAYLAŞ:

oyunlar