Miladi: 28 aprel 2011
Hicri: 25 Cəmadiül-əvvəl 1432
İlin 118-cü günü
İlin sonuna 247 gün qalır
1901-ci ildə yapon imperatoru Hirohito anadan olub
1918-ci ildə erməni-daşnak quldur dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı
kütləvi qətliam həyata keçirib
1945-ci ildə Sovet tankları Berlinə daxil oldu
1954-cü ildə aktyor Deniel Del Lyüis anadan olub
1955-ci ildə Cənubi Vyetnamda vətəndaş müharibəsi başladı
1958-ci ildə amerikalı aktrisa Mişel Pfayffer anadan olub
1970-ci ildə amerikalı aktrisa Uma Turman anadan olub
1975-ci ildə müğənni Linda anadan olub
1982-ci ildən YUNESKO-nun qərarı ilə tarixə «müasir baletin atası» hesab olunan fransız baletmeysteri, xoreoqrafiya incəsənətinin teoretiki və reformatoru Jan Jorj Noverin şərəfinə Beynəlxalq Rəqs Günüdür
1983-cü ildə türk futbolçu Semih Şəntürk dünyaya gəlib
1984-cü ildə Dünya Rəqs Günü qeyd edilməyə başlanıldı
1992-ci ildə Azərbaycan Respublikası Cənubi Afrika ilə diplomatik əlaqələr qurub
1993-cü ildə İslam Konfransı Təşkilatı (İKT) Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən qətnamə qəbul edib. Bu təşkilat keçirdiyi bütün iclaslarda Azərbaycanın mövqeini dəstəkləyərək Ermənistanın işğal torpaqları boşaltmasını tələb edir.
2002-ci ildə Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə təhlükəsizlik mələlərinə həsr olunmuş sammit keçirilib. Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin qatıldığı zirvə görüşündə terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.