Bu günün tarixi (24.03.2011)
24 Mart 2011 Cümə Axşamı 06:59
Bu gün ümumdünya vərəmlə mübarizə günüdür
Miladi: 24 mart 2011
Hicri: 19 Rəbiul-Axir 1432
İlin 83-cü günü
İlin sonuna 282 gün qalır
809-cu ildə V Abbasi xəlifəsi Harun ər Rəşid vəfat edib
1613-cü ildə Rusiyada Romanovlar sülaləsi hakimiyyətə gəlib
1834-cü ildə ingilis şairi Uilyam Morris anadan olub
1872-ci ildə yazıçı M.S.Ordubadi anadan olub
1946-cı ildə rus şahmatçı Aleksandr Alyoxin vəfat edib
1960-cı ildə müğənni Nena anadan olub
1974-cü ildə amerikalı aktrisa Elison Hanniqan dünyaya gəlib
1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb
1992-ci ildə Azərbaycan Respublikası Finlandiya ilə diplomatik əlaqələr qurub
1992-ci ildə Respublika Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi, ictimai təşkilatlar, idman təşkilatları, futbol xadimləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını təsis ediblər.
1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı vərəmi milli fəlakət, 24 mart tarixini isə «Vərəmlə Ümumdünya Mübarizə Günü» kimi elan etdi.
1999-cu ildə NATO-nun keçmiş Yuqoslaviyada hərbi əməliyyatları başlayıb
2005-ci ildə Qırğızıstanda xalq nümayişləri nəticəsində Əskər Akayev devrilib
DOSTLARINLA PAYLAŞ: