Bu günün tarixi (10.03.2011)
10 Mart 2011 Cümə Axşamı 07:11
Azərbaycanda Qızıl Aypara cəmiyyəti yaradılıb
Miladi: 10 mart 2011
Hicri: 5 Rəbiul-Axir 1432

İlin 69-cü günü
İlin sonuna 296 gün qalır

1873-cü ildən Azərbaycanda Milli Teatr Günüdür. Bu tarixdə Mirzə Fətəli Axundovun “Lənkəran Xanının Vəziri” tamaşası səhnəyə qoyulub.

1876-cı ildə Aleksandr Qrem Bell və köməkçisi Tomas Uotson ilk dəfə telefonda danışmağı sınaqdan keçiriblər

1878-ci ildə Mirzə Fətəli Axundov vəfat edib

1910-cu ildə Hollivudda çəkilən ilk film “İn Old Californiya” nümayiş edildi

1915-ci ildə balerina Qəmər Almaszadə anadan olub

1919-cu ildə Çində köləlik ləğv olundu

1920-ci ildə Azərbaycan Qızıl aypara cəmiyyəti yaradılıb

1926-cı ildə Rusiya bəstəkarı Aleksandr Zasepin anadan olub

1939-cu ildə Moskvada ilk dəfə televiziya yayımı başlayıb

1940-cı ildə Xalq artisti, xanəndə Canəli Əkbərov anadan olub

1957-ci ildə “Əl-Qaidə” təşkilatının qurucusu Usame bin Laden anadan olub

1958-ci ildə amerikalı aktrisa Şeron Stoun anadan olub

1981-ci ildə kamerunlu futbolçu Samuel Eto anadan olub

1992-ci ildə Azərbaycan Milli olimpia komitəsi yaradılıb

2004-cü ildə Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova vəfat edib


DOSTLARINLA PAYLAŞ:

oyunlar