Bu günün tarixi (07.02.2011)
07 Fevral 2011 Bazar Ertəsi 07:20
1993-cü ildə Müğənni Şövkət Ələkbərova vəfat edib
Miladi: 07 Fevral 2011
Hicri: 05 Rəbiul-Əvvəl 1432

İlin 38-cü günü
İlin sonuna 327 gün qalır

1812-ci ildə İngilis yazıçı Çarlz Dikkens anadan olub

1831-ci ildə Belçikanın konstitusiyası qəbul edilib

1906-cı ildə Sovet aviakonstruktoru Oleq Antonov anadan olub

1919-cu ildə Rejissor Tofiq Tağızadə anadan olub

1920-ci ildə Bolşeviklər ağqvardiyaçı admiral Kolçakı güllələyib

1924-cü ildə SSRİ və İtaliya diplomatik münasibətlər qurub

1939-cu ildə Londonda yəhudilərin Fələstinə köçürülməsinə dair konfrans işə başlayıb

1960-cı ildə Sovet fiziki İqor Kurçatov vəfat edib. Kurçatov “sovet atom silahının atası” hesab edilir

1962-ci ildə ABŞ Kuba ilə bütün ticarət əlaqələrini dondurub

1971-ci ildə İsveçrədə qadınlar səsvermə hüququ əldə edib

1992-ci ildə Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri Maastrix sazişi imzalanıb

2006-cı ildə Füzuli Ələkbərov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi, Azad Rəhimov isə Gənclər və idman naziri təyin edilib

2008-ci ildə Azərbaycanda sonuncu çadır düşərgəsi ləğv edilib.

2009-cu ildə Azərbaycan insan hüquqlarına dair milli hesabatı BMT-yə təqdim edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar