Bu günün tarixi (03.02.2011)
03 Fevral 2011 Cümə Axşamı 07:00
1468-ci ildə dünyada ilk kitab çapının müəllifi İohan Qutenberq vəfat edib
Miladi: 03 Fevral 2011
Hicri: 01 Rbiul-Əvvəl 1432

İlin 34-ci günü
İlin sonuna 331 gün qalır

1488-ci ilin bu günü portuqaliyalı səyyah Bartolomeu Dias Afrikanın ən Cənub nöqtəsi Ümid Burnuna çatıb

1468-ci ildə dünyada ilk kitab çapının müəllifi İohan Qutenberq vəfat edib

Amerikada 321 il əvvəl kağız pullar tətbiq edilməyə başlanıb

1815-ci ildə dünyada ilk pendir zavodu İsveçrədə qurulub

95 il əvvəl İngiltərədə məcburi hərbi xidmət sistemi tətbiq edilib

1924-cü ildə Bakıda tramvay nəqliyyatı işə salınıb

85 il əvvəl Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya təşkil edilib

1958-ci ildə Belçika, Niderland və Lüksemburq “Benelüks” qurumunu təşkil edib

1966-cı ildə Sovet “Luna 9” kosmik aparatı Ay səthinə uğurlu eniş edib

Yasir Ərəfat 42 il əvvəl Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib

1982-ci ildə Sovet modeli “Mi-26” vertolyotu 57 ton yükü 2000 metr yüksəyə qaldırıb

1979-cu ildə Fransadan qayıdan imam Xomeyni İranda müvəqqəti hökuməti qurub

1993-cü ildə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd imzalanıb

2004-cü ildə prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında “Bakı-Tbilisi-Ceyhan” layihəsinin maliyyələşdirilməsi üzrə son sənəd imzalanıb


DOSTLARINLA PAYLAŞ:

oyunlar