Bu günün tarixi
24 Noyabr 2010 Çərşənbə 07:00
2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb
1642-ci ildə Hollandiyalı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bura sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb

151 il əvvəl Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr olunub.Kitabın ilk tirajı bir gündə satılıb

1934-cü ildə soyad qanununun qəbulundan sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala “Atatürk” adı verilib

BMT-nin rəsmən fəaliyyətə başlamasından 65 il keçir

59 il əvvəl Fransız tədqiqatçısı İv Kusto ilk dəniz səyahətinə çıxıb

BMT-nin nüvə silahından istifadəni qadağan edən qətnaməni qəbul etməsindən 49 il keçir

1969-cu ildə ABŞ və SSRİ “Nüvə silahını yaymamaq haqqında” saziş imzalayıb

22 il əvvəl Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-nin Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib

Bu gün Türkiyədə müəllimlər günüdür


DOSTLARINLA PAYLAŞ:

oyunlar