Bu günün tarixi
16 Dekabr 2010 Cümə Axşamı 07:05
Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır
1773-cü ildə Amerika koloniyaçıları çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edib, 300-dən çox çay qutusunu dənizə töküblər.
1961-ci ildə milli qəhrəman Salatın Əsgərova anadan olub.
1993-cü ildə ABŞ-da insanın genetik xəritəsi hazırlanıb
1631-ci ildə İtaliyada Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olub
111 il əvvəl Milan futbol klubu yaradılıb
1920-ci ildə Çinin Qansu əyalətində 8,5 bal gücündə baş verən zəlzələ nəticəsində 180 000 insan həlak olub
Kamboca müstəqilliyinin 62 ilini qeyd edir
1959-cu ilin bu günü Konqo Belçikanın müstəmləkəsindən çıxıb
Hindistan ordusu 1971-ci ildə Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal edib
Bu gün Banqladeşin müstəqilliyinin 39-cu ildönümüdür
1978-ci ildə Çin Xalq Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr qurulub
Azərbaycanlı cazmen Vaqif Mustafazadənin vəfatından 31 il keçir
19 il bundan əvvəl Qazaxıstan müstəqilliyini elan edib
1991-cü ildə Azərbaycan Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılıb
DOSTLARINLA PAYLAŞ: