Bu günü tarixi (03.08.2011)
03 Avqust 2011 Çərşənbə 07:06
Miladi: 03 avqust 2011Hicri: 03 Ramazan 1432
Miladi: 03 avqust 2011
Hicri: 03 Ramazan 1432

İlin 215-ci günü
İlin sonuna 150 gün qalır

1492-ci ildə Kolumb Hindistana getmək və yeni qitələr kəşf etmək üçün İspaniyadan yola çıxıb

1492-ci ildə təxminən 200 000 yəhudi İspaniya krallığı və Katolik kilsəsi tərəfindən bu ölkədən çıxarılıb. Onların böyük əksəriyyəti Osmanlı dövləti tərəfindən qəbul edilib.

1904-cü ildə amerikalı yazıçı-fantast Klifford Saymak anadan olub

1914-cü ildə I Dünya Müharibəsi gedişi zamanı Almaniya Fransaya müharibə elan edib

1944-cü ildə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov vəfat edib

1994-cü ildə rus teatr və kino aktyoru, SSRİ xalq artisti İnnokenti Smoktunovski vəfat edib

1999-cu ildə Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurub

2008-ci ildə rus yazıçı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın vəfat edib

2008-ci ildə Şimali Hindistandakı məbədlərdən birində baş vermiş izdihamda 30 nəfəri azyaşlı olmaqla 68 nəfər öldü


DOSTLARINLA PAYLAŞ:

oyunlar