Bu günü tarixi
17 Dekabr 2010 Cümə 07:20
Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
1273-cü ildə Şərq mütəfəkkiri Cəlaləddin Rumi dünyasını dəyişib
240 il bundan əvvəl alman bəstəkar Lüdviq Van Bethoven anadan olub
İlk təyyarə 1903-cü ildə havaya qalxıb. Rayt qardaşlarının bu modeli havada 56 saniyə qala bilib
Azərbaycanlı şair Osman Sarıvəlli 105 il bundan əvvəl dünyaya gəlib
1925-ci ildə SSRİ və Türkiyə arasında bitərəflik sazişi imzalanıb
84 il əvvəl SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib
Amerika Psixiatriya Assosiasiyası 34 il əvvəl homoseksualizmi psixi xəstəliklər siyahısından çıxarıb
1993-cü ilin bu günü yazıçı Mirzə İbrahimov vəfat edib
Jurnalist Nəcəf Nəcəfovun ölümündən 11 il keçir
2004-cü ildə Avropa Birliyi Türkiyə ilə müzakirələrə başlamağı qərara alıb
1983-cü ilin bu günü Madriddə gecə klubunda yanğın nəticəsində 82 nəfər həlak olub
1989-cu ildə Braziliyada 25 illik fasilədən sonra ilk seçkilər keçirilib
DOSTLARINLA PAYLAŞ: